Fransa Ukraynaya qoşun göndərməsi ilə bağlı məlumatları təkzib edib

Fransa Ukraynaya qoşun göndərməyib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin "X" səhifəsində bildirilib.

Bildirilib ki, Paris Xarici Legionun əsgərlərini Ukraynaya göndərməyib.

Qeyd edək ki, Fransanın Ukraynaya qoşun göndərməsi, artıq Fransa Xarici Legionunun əsgərlərinin Ukraynanın Slavyansk şəhərində yerləşməsi ilə bağlı məlumat yayılıb.