Makron: “Fransa Rusiya ilə müharibə aparmır”

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, onun ölkəsi Rusiya və ya rus xalqı ilə müharibə aparmır.

APA xəbər verir ki, dövlət başçısı bunu Parisdə Çin lideri Si Cinpinlə birgə mətbuat konfransında deyib.

Emmanuel Makron Rusiya-Çin münasibətlərinə də toxunub.

"Biz Çin və Rusiya arasında mövcud olan uzunmüddətli əlaqələrə və bu münasibətləri sabitləşdirmək üçün onilliklər ərzində göstərilən səylərə hörmət edirik", - fransalı lider qeyd edib.

Mətbuat konfransı canlı olaraq Yelisey sarayının “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanıb.