Cinsi yolla yeni xəstəlik yayılıb

Dünya ayağa qalxıb

  ABŞ-nin Nyu-York ştatında cinsi yolla yoluxan yeni bir xəstəliyin yayıldığı açıqlanıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bu ilin mart ayında Niderlandda aparılan tədqiqat zamanı alimlər laboratoriyada HIV virusunu yoluxmuş hüceyrələrdən ayırmağı bacardıqlarını elan ediblər. Alimlər bu tədqiqat zamanı Nobel mükafatına layiq görülmüş “CRISPR” gen dəyişdirmə texnologiyasından istifadə etdiklərini bildiriblər. Bu texnologiya molekullar arasında qayçı kimi çalışır və zərərli hissələri dəqiqliklə ayıraraq zərərsizləşdirir. Məqsəd orqanizmi zərərli molekullardan təmizləməkdir. Lakin bu texnologiyanın elmi təsdiqi üçün tədqiqatların davam etdirilməsi vacibdir. Məlumdur ki, HIV infeksiyasına cinsi yolla yoluxurlar. Yoluxma həm cinsi yolla, həm də yoluxmuş qanla və perinatal yolla baş verir. Bunlar arasında narkotik maddə istifadəsi, anti-sanitar şəraitdə aparılan müxtəlif əməliyyatlar, bədənə vurulan döymələr, stomatoloji kabinetlər, manikür, pedikür zamanı infeksiya mənbəyi olan alətlərdən istifadə də daxildir. Son illərdə gözəllik salonlarına təkcə qadınların deyil, kişilərin də axın etdiyi, bir kosmetoloqun, bərbərin həm qadınlara, həm də kişilərə eyni alətlərlə xidmət göstərdiyi nəzərə alınarsa, HİV infeksiyasının getdikcə daha çox yayılacağını təxmin etmək çətin deyil. ABŞ-nin Nyu-York ştatında isə bir nəfər yoluxucu göbələk xəstəliyi ilə xəstəxanada müalicə olunur. Müayinələr zamanı bu şəxsdə təkcə göbələk virusu deyil, VII növ dəri xəstəliyinin olduğu da müəyyənləşib. Adamın qollarında, cinsi orqanında və kürəyində dəri tökülməsi və ləkələr əmələ gəldiyi müşahidə edilib. Bu xəstəliyin HIV kimi immunsistemi çökdürdüyü də bildirilib. Açıqlama verən həkimlər oxşar hadisələrin getdikcə artdığını, lakin yoluxmuş şəxslərin utanaraq həkimə müraciət etmədiklərini söyləyib. Həkimlər bildirib ki, yeni yoluxucu xəstəlik qaşınma, yanma, dəri tökülməsi və qızdırma ilə özünü göstərir. Ehtimal edilir ki, yeni xəstəlik Hindistan və Cənubi Asiya ölkələrindən qaynaqlanır. Həkimlər əhaliyə ehtiyatlı olmağı, güvənmədikləri yerlərə getməməyi və kənar şəxslərlə təmasda olmamağı məsləhət görür.