Ermənistan MTX "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarlarına xəbərdarlıq edib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını qanunvericiliyin tələblərinə riayət etməyə və ictimai asayişin pozulmasına yol verməməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə çağırış qurumun saytında yerləşdirilib.

Məlumatda istənilən qanun pozuntusunun qarşısının bütün qanuni üsullardan istifadə etməklə alınacağı bildirilib.