KİV: Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir

Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “TGRT Haber” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün və ya sabah hökumətdə kadr dəyişikliyi ola bilər.

İddiaya görə, hökumətin sabah keçiriləcək iclasında yeni nazirlər olacaq. Onlar öz sələflərini əvəz edəcəklər. Söhbətin konkret olaraq hansı nazirlərdən getdiyi açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl səhiyyə naziri Fəxrəddin Qocanın istefası barədə məlumat yayılmışdı. Həmçinin bəzi nazirlərin vəzifədən azad olunacağı iddia edilmişdi.