Rusiya ATƏT PA-da iştirakını dayandırıb

Rusiya Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında iştirakının dayandırılması və təşkilatın büdcəsinə ödənişlərin dayandırılması ilə bağlı bəyanat qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Federasiya Şurasının spikeri Valentina Matviyenko Rusiya parlamentinin onun işində iştirakını dayandırmaq qərarı ilə bağlı dərhal ATƏT PA-ya teleqram göndərməyi xahiş edib.