Güllə boynundan girdi, ağzında qaldı

Talançının gülləsi az qala insanları öldürürdü

  Türkiyənin Pendik bölgəsində 17 yaşlı gənc qəfil gülləyə tuş gəlib. Dostuyla dondurma almağa gedən Ayxan Yazar bir anda yerə yıxılıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Pendik Vəlibaba məhəlləsində yaşanıb. Ayxan Yazar dostuyla dondurma almağa gedib, evə qayıdarkən gülləyə tuş gəlib. Yanındakı dostu nə baş verdiyini anlamayıb. Ayxanın əliylə boynunu tutduğunu görüb. Məlum olub ki, gənc boynundan güllə yarası alıb. Ətrafda olanlar təcili yardıma və polisə zəng ediblər. Hadisə yerinə gələn təcili tibbi yardım gənci xəstəxanaya aparıb. Həkimlər Ayxanı təcili əməliyyat edib. Güllənin gəncin boyun nahiyəsindən keçib ağzının içində - dilinin altında qaldığı məlum olub. Polis şübhəlilərin axtarışına başlayıb. Əməliyyatdan çıxan gənc başına gələnləri anladıb: “Dostumla dondurma alıb evə qayıdırdıq. Uzaqdan atəş səsləri eşidildi. Dostuma dedim ki, əgər əli silahlılar bu tərəfə gəlsələr, otluğa ataq özümüzü, qorunaq. Sonra yanımızdan bir avtomobil keçdi, güllələr açıldı. Boynumda ağrı hiss etdim, dostuma dedim ki, gəl qaçaq. Qaçmağa başladıq, əlimi üzümə apardım, gördüm qan içindəyəm. Dostum çox qorxdu.Mən ona qorxma, təcili yardıma zəng et, dedim. Sonra yerə yıxıldım. Təcili yarıdm gəlib, məni xəstəxanaya aparıb”. Ayxan Yazarın valideynləri polisə şikayət edərək küçələrdə əlisilahlı gəzərək insanları ölümün pəncəsinə atanların həbs edilməsini tələb edib və şikayətçi olduqlarını bildiriblər.