NATO sammitində Ukraynaya şad xəbər veriləcək

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna daha çox hava hücumundan müdafiə sistemləri ilə bağlı yaxşı xəbərlər alacaq.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

"Ümid edirik ki, sammitdə hava hücumundan müdafiə ilə bağlı yeni açıqlamalar verə bilərik. Düşünürəm ki, onlar üçün əlavə yaxşı xəbərimiz olacaq", - rəsmi bildirib.

Rəsmi məsələ ilə bağlı detallı məlumat verməyib.