Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 28 nəfər ölüb

Rusiyanın Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
“Sherg.az"-ın “PressOrg” saytına istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Telegram” hesabında məlumat verib.
O bildirib ki, ölənlərin 17 nəfəri paytaxt Kiyevin, 11 nəfəri isə Dneprin sakinləridir.
Nazirin sözlərinə görə, aviasiya hücumları zamanı 112 nəfər yaralanıb.
İ. Klimenko onu da vurğulayıb ki, hücumlar zamanı bir neçə yaşayış binası, xəstəxana və biznes mərkəzi də daxil olmaqla, bəzi infrastruktur obyektlərinə ciddi ziyan dəyib.