Millerdən Azərbaycanla Ermənistan münasibətləri barədə açıqlama

ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində Vaşinqtonda görüşünün mümkünlüyü ilə bağlı Miller bu barədə məlumatlı olmadığını deyib.
"Biz diplomatik nizamlanma üzərində işləməyə davam edirik", - o əlavə edib.
Qeyd edək ki, iyulun 9-da NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb. 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir. 
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyanın sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.