Polşada zəlzələ nəticəsində mədən çökdü

Polşanın cənubundakı Sileziya bölgəsində baş verən zəlzələ nəticəsində Rydultuv mədəni çöküb.
 “Sherg.az” bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, çökmə nəticədə onlarla insan dağıntılar altında qalıb. Yerin altında hələ 53 şaxtaçı qalıb, 15 əməkdaş təxliyə edilib, onlardan 10-u xəstəxanaya yerləşdirilib.
Xilasetmə əməliyyatları davam edir.