Partiya lideri: Fransa NATO-dan dərhal çıxmalıdır

Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo Vaşinqtonda keçirilən alyans sammitində qəbul edilən qərarlarla əlaqədar ölkəsinin NATO-dan dərhal çıxmasını tələb edib.

"Report" xəbər verir ki, Filippo bu barədə özünün "X" səhifəsində yazıb.

“Uzun illərdir müharibələr və dövlət çevrilişləri törədən bu strukturda bir dəqiqə də qalmaq olmaz. Fransa NATO-dan dərhal çıxmalıdır”.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberqin Vaşinqtonda keçirilən NATO sammiti zamanı mətbuat konfransında qeyd edib ki, NATO Ukraynaya bütün hərbi yardımların koordinasiyasını öz üzərinə götürüb.