Türkiyə MB-nin ehtiyatları rekord həddə çatdı

Türkiyə Mərkəzi Bankı həftəlik pul və bank statistikasını açıqlayıb.

Axar.az xəbər verir ki, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 4 milyard 898 milyon dollar artaraq 89 milyard 731 milyon dollar olub. Ümumi valyuta ehtiyatları iyunun 28-də 84 milyard 833 milyon dollar səviyyəsində qeydə alınıb.

Qızıl ehtiyatları 640 milyon dollar artaraq 58 milyard 77 milyon dollardan 58 milyard 717 milyon dollara yüksəlib.

Beləliklə də Mərkəzi Bankın cəmi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5 milyard 538 milyon dollar artaraq 142 milyard 910 milyon dollardan 148 milyard 448 milyon dollara çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.