İsrail Suriyada hərbi posta hücum etdi

İsrail ordusu iyulun 11-də Qolan təpələrinə atılan mərmiyə cavab olaraq Suriyanın cənubundakı hərbi posta hücum edib.

Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın (İsrail ordusu) məlumatında bildirilib.

“İsrail ordusu Suriyanın cənubundakı Tasila bölgəsindəki hərbi posta hücum edib", - deyə vurğulanıb.

Əlavə məlumat verilmir.