Spiker ABŞ Konqresinin Gürcüstana qarşı “MEGOBARI” aktını ədalətsiz adlandırıb

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul etməsinə münasibət bildirib.
"Sherg.az"  xəbər verir ki, parlament sədri sənədin məzmununun vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanmadığını vurğulayıb.
“Xarici ölkələr hesab edirlər ki, onların Gürcüstan parlamentinin qərarlarına təsirləri olmalıdır, amma bizdə belə bir yanaşma yoxdur. Təbii ki, aktın məzmunu ədalətsizdir və vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanmır”, – Papuaşvili bildirib.
Spiker düzgün qərarın qəbul ediləcəyinə ümidvar olduğunu əlavə edib.