Pezeşkianın dünya ictimaiyyətinə müraciəti yayıldı

İranın Prezidenti Məsud Pezeşkianın yeni hökuməti Ukraynada sülhün əldə edilməsinə yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bu barədə Pezeşkianın "Tehran Tayms" qəzetində dərc olunan dünya ictimaiyyətinə müraciətində deyilir.

"Rusiya İranın dəyərli strateji müttəfiqi, qonşusudur və mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək. Biz Rusiya və Ukrayna xalqları üçün sülhə sadiqik və mənim hökumətim bu məqsədə çatmağa yönəlmiş təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə Rusiya İranın Ukrayna müharibəsi ilə bağlı mümkün vasitəçilik səylərini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.