Çin və Rusiya dəniz qüvvələrinin birgə təlimi keçirilir

İyulun 14-də Çin və Rusiya Hərbi Dəniz Qüvvələri Çinin cənubundakı hərbi limanda birgə hərbi təlimlərə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Çin Müdafiə Nazirliyi yaydığı bəyanatda hər iki tərəfin qüvvələrinin Sakit okeanın qərbi və şimalında son zamanlar patrul xidməti həyata keçirdiyini və əməliyyatın beynəlxalq və regional vəziyyətlə heç bir əlaqəsinin olmadığını və heç bir üçüncü tərəfi hədəf almadığını bildirib.