AEBA rəhbəri: Zaporojye AES-ə zərbələr onun fəaliyyətinə təsir etməyib

Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatından endirilən zərbələr bu nüvə obyektinin təhlükəsiz fəaliyyətinə təsir etməyib.

APA-nın xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib.

Bununla belə o, analoji hücumların yolverilməz olduğunu bildirib və tərəfləri belə addımlardan çəkinməyə çağırıb:

“Analoji adımlar istənilən halda qəza təhlükəsi yaradır və nüvə partlayışı riskini artırır. Buna görə də biz tərəfləri hücumları dərhal dayandırmağa çağırırıq”.