Zukerberq Bayden administrasiyasının “Meta”ya təzyiq göstərdiyini etiraf edib

Zukerberq etiraf edib ki, Bayden administrasiyasının təzyiqi ilə sosial şəbəkələrindəki məzmuna senzura tətbiq edib

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” Zukerberqin ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana ünvanladığı məktuba istinadən məlumat yayıb.

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri, “Meta”nın sahibi Cim Cordana ünvanladığı məktubda qeyd edib ki, o, öz platformasında Co Baydenin oğlu Hanter Baydenin noutbukunun narkotik ticarəti və fahişəliklə əlaqəli məzmunu ilə bağlı materialların yayılmasına mane olub.

O, həmçinin, Ağ Evin təzyiqi ilə COVID-19 ilə bağlı “Meta”nın kontentinə senzura tətbiq etdiyini təsdiqləyib. Zukerberq eyni zamanda hökumətin təzyiqini “səhv” adlandırıb və bunun təkrarlanacağı təqdirdə cavab verəcəyini vəd edib.