Rusiya Silahlı Qüvvələri Stelmaxovka və Nikolayevkanı nəzarət altına alıblar

Son 24 saat ərzində Rusiya hərbçiləri Luqansk vilayətində Stelmaxovka və Donetsk vilayətində Nikolayevka ərazilərini nəzarət altına alıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Qətiyyətli səylər nəticəsində "Qərb" qoşun qruplaşmasının bölmələri Luqansk vilayətinin Stelmaxovka kəndini, "Mərkəz" qoşun qruplaşmasının bölmələri isə Donetsk vilayətinin Nikolayevka qəsəbəsini nəzarət altına alıb və hazırda da irəliləməkdə davam edirlər", - deyə Rusiya hərbi idarəsindən bildirilib.