BDYPİ: Qırmızı işıqda keçən avtobus sürücüləri saxlanılıb

Abşeron rayonu ərazisində sfetaforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.
Sherg.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Məlumata görə, “İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişin daşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin həmdə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdiyi üçün DYP-nə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılmış və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərində həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırırıq", məlumatda deyilir.