Alec Wildenstein ilə evliliyi sayəsində yüksək cəmiyyətin ən çox axtarılan simalarından birinə çevrilən Jocelyn Wildenstein şir və pələnglərə oxşamaq üçün dəfələrlə keçirdiyi plastik əməliyyatlara görə "Pişik Qadın" ləqəbini alıb. ‘’Sherg.az’' xəbər verir ki, Coselin qızının ad gününü qeyd etmək üçün gənclik illərində çəkdirdiyi plastik əməliyyatsız fotosunu paylaşaraq onu görənləri şoka salıb.
İsveçrə əsilli gözəl sosialist Jocelyn Wildenstein, 1978-1999-cu illər arasında Wildenstein ailəsinin varisi Alec Wildenstein ilə evliliyi ilə jurnal dünyasının yaxından izlədiyi bir ad olub.
Coselinin davamlı olaraq plastik əməliyyat etdirərək xarici görünüşünü “böyük pişiklərə” bənzətmək vəsvəsəsi iki uşaq sahibi olan cütlüyün evliliyinə son qoyub.
Boşandıqdan sonra 82 yaşlı sosialist gözəl 3,8 milyard dollarlıq rekord təzminat, həmçinin ildə 100 milyon dollar aliment almağa başlayıb.
Qeyd edək ki, 57 yaşlı məşhur modelyer Lloyd Klein ilə nişanlı olan Coselinin keçmiş əri 2008-ci ildə dünyasını dəyişib. Bunun üzərinə Wildenstein ailəsi; 2015-ci ildə o, gözəl sosialitə ödədiyi alimenti kəsib.