Avropa İttifaqı Ukraynaya 1,4 milyard avro yardım etdi

Avropa İttifaqı Ukraynaya 1,4 milyard avro yardım edib.
Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrell bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri artıq Ukraynaya yardım üçün göndərir. Bu yardım Ukraynaya hərbi təchizat üçün göndərilib.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyulun 26-da Avropa İttifaqının Moskvanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1,5 milyard avro məbləğində hərbi yardımın birinci tranşını göndərdiyini deyib. O, əvvəllər bu vəsaitin 90%-nin müdafiəyə, 10%-nin isə Ukraynanın bərpasına yönəldiləcəyini qeyd edib.