Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.
APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, görüşdə o, yeni hərbi attaşe, polkovnik Aleksadr Qoryanovu Suren Papikyana təqdim edib.
Görüşdə tərəflər ölkələrarası münasibətlərin gündəmini təşkil edən məsələlər, eləcə də regional təhlükəsizlik ətrafında fikir mübadiləsi aparıblar.