
Ermənistan üçün Aİİ-də yer almamaq onun üçün iqtisadi çöküş deməkdir -AKTUAL
13:06 13.01.2025
Region
515
Avrasiya İqtisadi İttifaqından çıxmaq hazırda Ermənistan hökumətinin gündəmində deyil. Bunu adıçəkilən ölkənin iqtisadiyyat naziri Gevork Papoyan deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına qoşulmasına dair qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirildiyini açıqlayıb.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında yer alan Ermənistan Avropa Birliyinə üzv olması mümkün deyil:

“Çünki hər iki ittifaq eyni prinsiplərlə işləyirlər. Bu baxımdan bir iqtisadi ittifaqda olan ölkənin digərində yer alması qeyri-mümkündür. Sadəcə olaraq Ermənistan indiki məqamda Avropaya inteqrasiya məsələsini daha da rəsmiləşdirərək bir növ qarşıdakı dövrdə özünə dəstək əldə etməyə çalışır. Digər tərəfdən Ermənistan Rusiya ittifaqlarında yer alsa da, rəsmi Moskvayla münabətləri yaxşı deyil və buna səbəb Nikol Paşinyanın antirusiya siyasətidir. Ermənistan anlayır ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra Qərbdə ona verilən dəstək Amerika və Avropa İttifaqı olaraq haçalanacaq. Proqnozlar göstərir ki, Donald Tramp Cənubi Qafqazda daha çox Azərbaycanla işləməkdə maraqlıdır. Bu isə Qərbdə Ermənistana verilən dəstəyin zəifləməsi deməkdir. Əgər Donald Tramp Bayden administrasiyasından fərqli siyasət yürütsə, bu Ermənistanınnın hərbi və siyasi baxımdan zəifləməsiylə nəticələcək. Digər tərəfdən isə Donald Tramp və Vladimir Putin razılaşsa, Rusiyanın Cənubi Qafqaz daxil olmaqla Müstəqil Dövlətlər Birliyindəki mövqeyi güclənə bilər. Sözügedən proses də antirusiya siyasəti aparan Paşinyan hakimiyyətinə ciddi risqlər vəd edir. Görünən odur ki, Paşinyan hakimiyyəti bu gözləntilər fonunda Avropa Birliyinə üzvlük məsələsini rəsmiləşdirərək ittifaqa daxil olan dövlətlərdən dəstək almağa və Rusiyaya qarşı alternativlərini gücləndirməyə çalışır. Lakin nəticə etibarilə Ermənistan Avropa Birliyinə üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Bu prosesin özü də Ermənistana iqtisadi baxımdan zərər verə bilər. Ümumuiyyətlə Ermənistan üçün əsas iqtisadi bazar Avrasiya İqtisadi İttifaqıdır. Yəni Ermənistan üçün Aİİ-də yer almamaq onun üçün iqtisadi çöküş deməkdir. Eyni zamanda Avrasiya İqtisadi İttifaqına müşahidəçi üzv qismində İran da qoşulub. Bu mənada Ermənistanın ittifaqdan çıxmaq cəhdi İranla münasibətlərinə də mənfi təsir göstərə bilər. Regionda Ermənistanı dəstəkləyən yeganə ölkə İrandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual