Qətər XİN: Qəzzada atəşkəslə bağlı 2-ci mərhələ üzrə danışıqlar...
Yusif Nəzərli
17:55 05.02.2025
Siyasət
303
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Aydındır ki, biz indi yaxın günlərdə başlayacağına ümid etdiyimiz danışıqların ikinci mərhələsinə hazırlaşmaqla məşğuluq”, - o deyib.
Qətər XİN nümayəndəsi bu məsləhətləşmələrin İsrail və HƏMAS-a anklavın yenidən qurulmasına başlamalı olan sazişin ikinci mərhələsinə keçidə imkan verəcəyinə ümidvar olduğunu söyləyib.
Xatırladaq ki, fevralın 1-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi fevralın 3-də Vaşinqtona səfər zamanı Netanyahunun ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə ikinci mərhələ üzrə danışıqlara başlamaq barədə razılığa gəldiyini açıqlamışdı. Ertəsi gün Netanyahunun ofisi İsrailin həftənin sonuna qədər Qətərə nümayəndə heyəti göndərəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi