Katzdan Qəzza sakinlərinə: Bölgəni tərk edin!

HƏMAS-a qarşı hərbi əməliyyat girovlar azad olunana və təşkilat ölkəmizə təhdid yaratmaq niyyətindən əl çəkənədək davam etdiriləcək.

Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

Nazir bildirib ki, əməliyyatlar Qəzza sektorunda yaşayan dinc əhaliyə qarşı yönəlməyib:

“Təəssüf ki, HƏMAS dinc əhalinin arasında gizlənir və bu, çox ciddi itkilərlə nəticələnir. Bu səbəbdən biz növbəti dəfə sakinlərə müraciət edərək, onları hərbi əməliyyat bölgəsini tərk etməyə çağırırıq”.