ABŞ Tramp-Putin sövdələşməsindən geri çəkilir: Proses Kremlin ümid etdiyi kimi baş verməyəcək
Yusif Nəzərli
13:39 25.03.2025
Dünya
481
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqları şərh edib. Bu bardəə o, videomüraciətində bildirib. Zelenski vurğulayıb ki, dünən Amerika komandası ilə görüş oldu. Bu gün ABŞ nümayəndələri və Rusiya nümayəndələri ilə danışıqlar aparıldı. Bundan sonra Ukrayna və Amerika komandaları arasında daha bir görüş oldu.
Qeyd edək ki, martın 24-ü axşam saatlarında Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında on iki saatlıq məsləhətləşmələr başa çatıb.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, müşahidələr ABŞ və Rusiya arasında aparılan son danışıqların Kremlin istədiyi kimi cərəyan etmədiyini göstərir:
“Xüsusilə də, ABŞ ərazi mübadiləsi mövzusunu gündəmə gətirir. Yəni Ukrayna ordusunun nəzarətində olan Rusiya ərazilərinin Moskvanın işğal etdiyi Kiyev torpaqları ilə dəyişdirilməsini istəyirlər. Bu isə rəsmi Kremlin maraqlarına qətiyyən cavab vermir. Çünki Kremldə hesab edirlər ki, Ukrayna ordusu qeyri-şərtsiz Rusiya ərazilərindən çıxmalıdır. Ukraynanın işğal altında olan əraziləri isə birmənalı şəkildə Rusiyanın nəzarətində qalmalıdır. Rusiya imperialist təfəkkürünə uyğun olaraq Ukraynadan hər şey istəyir, qarşılığında isə heç nə vermək niyyətində deyil. Digər önəmli məqam isə Amerika tərəfinin sülh sazişisinin imzalanmasından sonra sülhməramlı qüvvələrinin Ukrayna ərazisinə göndərilməsi tələbədir. Rusiya Ukraynada heç bir kənar hərbi kontingentin yerləşdirilməsini istəmir. Eyni zamanda Kremldə tələb edirlər ki, Ukrayna ordusunun və hərbi texnikasının sayı məhdud olmalıdır. Təbii ki, bu da çox absurd yanaşmadır. Rusiyada düşünürlər ki, Ukraynada sülhməramlı qüvvələr yerləşdirilsə, Ukrayna təhlükəsizlik təminatı alacaq və Kreml üçün əlçatmaz olacaq. Bütün bunları nəzərə aldıqda indiki situasiyada danışıqlar prosesinin Kremlin ümid etdiyi kimi baş verəcəyini iddia etmək çox çətindir. Amerika Tramp və Putin sövdələşməsindən geri çəkilməyə başlayıb və yeni tələblər irəli sürməyə çalışır. Danışıqlar masasında proses Rusiyanın əleyhinə olduğu üçün bunu savaş meydanında balanslaşdırmağa cəhd göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə