ABŞ husilərin mövqelərinə uzun müddət zərbələr endirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bu zərbələr çox uğurlu oldu, bütün gözləntilərimizi üstələdi. Onları çox güclü, çox uğurla vurduq. Biz bunu uzun müddət davam etdirəcəyik", - o bildirib
Tramp Amerika silahlı qüvvələrinin Yəmənə hücumları ilə bağlı məlumatların “Siqnal” messencerində "sızması" ilə bağlı suala sərt reaksiya verib:
"Heç bir zərər yox idi, çünki o gecə hücum növbəti dörd-beş gecədə olduğu kimi inanılmaz dərəcədə uğurlu idi. Məhz bu barədə danışmalıyıq. Bunu yuxulu Co Bayden etməli idi. Amma o, pul oğurlamaq xaricində sükan arxasında yatırdı".