Ermənistan Baş naziri Nikol Paşinyan yeni nazir axtarışındadır.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ermənistanın daxili işlər naziri Arpin Sərkisyan ana olmağa hazırlaşır:
“O, uzun illərdir evlidir. Mənbələrin dediyinə görə, Sərkisyan analıq məzuniyyəti ilə əlaqədar aylarla işə getməyəcək. Bu o deməkdir ki, Nikol Paşinyan onu əvəz edəcək adam axtarmalı olacaq”, – deyə nəşr qeyd edib.