
ABŞ İranla müharibəyə başlamaqda maraqlı deyil: Ağ Ev Çin, Rusiya və digər amilləri nəzərə alaraq addım atacaq
12:00 03.04.2025
Dünya
569
ABŞ sentyabr ayına qədər İranda hərbi əməliyyatları bitirməyi planlaşdırır.
Bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “Daily Express” qəzeti məlumat yayıb.
“İran nüvə sazişinə razılıq verməsə və proqramını ləğv etməyə başlamasa, "sentyabr ayına qədər yox olacaq", - nəşr qeyd edib.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, yayılan məlumatın gerçəkliyi üçün ABŞ-nin əlində potensial imkanları olmalıdır:

"Hər hansı ölkədə hərbi əməliyyat keçirmək elə də asan məsələ deyil. Məsələn, üç ildən çoxdur ki, Ukrayna bataqlığa girib və çıxa bilmir. Əslinə ABŞ böyük dövlətdir və kifayət qədər gücü də var. Onun İranı vurması böyük fəlakət deməkdir. Digər tərəfdən Vaşinqton və Tehran aralarındakı mövcud gərginliyi aradan qaldıraraq razılığa gələ bilərlər. Bu o demək deyil ki yaxın dost münasibətləri qurulacaq. Eyni zamanda ABŞ özü də İranla müharibəyə başlamaqda maraqlı deyil. Çünki baş verə biləcək istənilən münaqişə ABŞ-ın bu regiondakı müttəfiqlərini təhdid altında qoya bilər. Doğrudur, İsrail Vaşinqtona inad edir ki, İranı vursun. Lakin Ağ Ev Çin, Rusiya və digər amilləri də nəzərə alaraq addım atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm