İsrail Misir vasitəsilə HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamağı təklif edib.
APA xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qahirə İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı artıq məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir.