İzmir vilayətinin Qaraburun rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla saat 02:18-də baş verən zəlzələnin episentri Egey dənizi - İzmir körfəzində qeydə alınıb.
Zəlzələ yerin 7,28 kilometr dərinliyində meydana gəlib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.
Qeyd edək ki, tələfat və dağınt barədə məlumat verilməyib.