Uzman mama-ginekoloq: Cinsiyyətə görə abortla qadın və kişi fərdlərin balansını pozuruq
11:43 17.04.2025
Sağlamlıq
480
Selektiv abortların qarşısının alınması üçün konkret təminat var
"Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var".
Bunu APA-ya müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.
O bildirib ki, selektiv abortlara ciddi nəzarət olunmalıdır:
"DSK-nın rəqəmlərinə istinadən, 2023-cü ildə doğulmuş qız uşaqlarının sayı 52 802, oğlanların isə 59 812-dir. Bu nisbətə baxanda o qədər də ciddi pozulma müşahidə olunmur. Sadəcə nisbətin saxlanılması üçün selektiv abortlara ciddi nəzarət olunmalıdır. Bizim də buna uyğun Səhiyyə Nazirliyi tərəfindən verilmiş təlimatlarımız var.
Ailə planlaması və kontraseptiv vasitələr tədbir kimi tətbiq olunur
Arzu olunmayan hamiləliklərdən qadınların qurtulması üçün kontraseptiya və ailə planlaması həyata keçirilir. Daha sonra 2023-cü ilin avqust ayında Xidmətlər Zərfi çərçivəsində dəyişiklik oldu və uşaqlıqdaxili spiralların taxılıb çıxarılması da təminata alındı. Bu da arzuolunmayan hamiləliklərin qarşısını almaqda istifadə olunur. Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var.
Dölün cinsi 12 həftədən sonra məlum olur. Bizim kliniki protokollar sosial və tibbi göstəriş yoxdursa, selektiv aborta icazə vermir. Bu halda selektiv abortlar edilirsə, qeyri-qanunidir. Abortlar demoqrafiyamıza və genofondumuza çox mənfi təsir edən faktordur. Bununla bağlı davamlı maarifləndirmə işləri aparılmaldır".
Təranə Rəcəbli qeyd edib ki, 2024-cü ildə selektiv abort cəhdinə görə iki qadın ölüb:
"Ümumiyyətlə, abortlar qadın orqanizmi üçün çox təhlükəlidir. Beynəlxalq standart medikamentoz (dərmanla-red.) aborta üstünlük verir. İnvaziv müdaxilələri azaltmağa üstünlük verir. İnvanzif müdaxilələr uşaqlıqda infeksiyaların, mexaniki travmaların alınmasına səbəb olur. Bu da ağırlaşmalara və ölümlərə gətirib çıxarır.
ÜST 2000-ci ildə 386 min qadın arasında ölümləri araşdırmışdı. Və 14% halda abortdan sonra ölümlər baş verib. Qadınlarımız ailə planlaması etməli, arzuolunmayan hamiləlikdən qorunmalıdır".
Uzman mama-ginekoloq Rəşad Sultan “Sherg.az”a bildirib ki, selektiv abort cinsiyyətə görə aborta hesab edilir:
“Yəni sadə dildə desək, gələcək uşağın ata və anası ultrasəs müayinəsinə baxdıqdan və ya öz aləmlərində hansısa analizdən uşağın cinsiyyətini təyin etdikdən sonra hamiləliyi sonlandırırlar. Bu isə həm tibbi, həm də bəşəri cəhətdən yolverilməzdir. Cinsiyyətə görə hansısa uşağı tələf etməklə bəşəriyyətdəki qadın və kişi fərdlərin balansını pozmuş oluruq. Digər tərəfdən sırf selektiv abortdan sonra ana ölümləri ilk baxışda təəccüblü gələ bilər. Daha doğrusu belə bir sual yarana bilər ki, nə dəxli var, ya selektiv abort oldu, ya elə belə abort. Məsələn, bizim ölkəmizdə arzuolunmaz hamiləliyin sonlandırılması məqsədilə edilən aborta 12 həftəyə qədər icazə verilir. Çünki sonrakı həftələrdə abort müdaxiləsindən sonra, qanaxma, infeksiya və digər risklər yüksəkdir. 12 həftədən sonra abort etmək olmaz. Selektiv abortlarda isə həmin həftədən öncə etdirmək mümkün deyil. Çünki uşağın cinsiyyəti 12 həftədən sonra müəyyənləşdirilir. Selektiv abortlar həmişə qanundan kənar (12 həftədən sonra) edilir. Ona görə də ağırlaşmalar və ölümlə nəticələnmə halları da olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya