
Leysan kənd təsərrüfatına necə təsir edəcək? -Mütəxəssis RƏYİ
12:15 17.04.2025
Sosial
441
Yazın gəlməsinə baxmayaraq, son günlər ölkəmizdə havalar soyuq və yağışlı keçir.
Hətta bəzi ərazilərdə Leysan, dolu və qar müşahidə edilib.
Hava şəraitinin pis keçməsi isə sözsüz ki, kənd təsərrüfatına təsirsiz ötüşmür. Bu cür hava şəraiti kənd təsərrüfatına necə təsir edəcək?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, indi bəzi ağacların çiçəklənmə və mayalanma dövrüdür:

“Bitkilərin immun sistemi möhkəmdirsə, intensiv yağışların yağması ona çox da təsir etmir. Mayalanma dövrü 10-14 gün ərzində olur. Sonrakı etaplar isə havadan asılıdır. Getdikcə hava da yaxşılaşır. Düşürəm ki, ağacların mayalanma dövrü normal başa çatacaq. Düzdür, bəzi rayonlarda intensiv küləklər ağacların budaqlarının qırılmasına səbəb oldu və müəyyən problemlər yaratdı. Azərbaycanda kənd təsərrüfatı istehsalında yağışlı havaların yağması bəzi kəndlərdə problemə səbəb olub. Yəni bəzi evlər, təsərrüfatlar su altında qalıb. Ancaq məhsulun nə qədər olacağı bundan sonrakı etaplarda bəlli olacaq. Əgər hava çox isti və quraqlıq olarsa məhsularlığa ciddi şəkildə təsir edəcək. Bütün hallarda Azərbaycan şəraitində məhsulun bol olması fermerlərdən asılıdır. Çünki fermer aqrotexniki qaydalara vaxtında əməl edərsə, torpaqda mineral elementlərin normaya uyğun olması üçün lazimi qədər gübrə verərsə, vaxtında suvarmanı təşkil edərsə və zərərvericilərə mübarizə tədbirini apararsa, məhsuldarlıq artar və ciddi problem yaranmaz. Bunlara əməl edilməsə, quraqlıq olsa, məhsuldarlığı aşağı düşəcək və bazarlarda qiymət artımına gətirib çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya