
İT mütəxəssisi: Süni intellektin tamamlayıcı funksiyada tətbiqi daha real və dayanıqlı yanaşmadır
09:49 18.04.2025
Texnologiya
480
Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib.
Bunu DGK sədrinin müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.
"Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq" - deyə Güloğlan Muradlı qeyd edib.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, süni intellektdən ən çox istifadə olunan sahələrə nəzarət və monitorinq sistemləri, böyük həcmli məlumatların emalı, sənədlərin avtomatik tanınması, saxta fəaliyyətlərin aşkarlanması, vətəndaşlara xidmət proseslərinin avtomatlaşdırılması daxildir:

“Düşünürəm ki, gömrük sahəsində Sİ alqoritmləri riskli yükləri öncədən müəyyən etmək, sənədlərdəki uyğunsuzluqları aşkar etmək, sərhəd keçidlərində davranış analizləri aparmaq və məlumat axınlarını real vaxtda idarə etmək kimi imkanlar təqdim edəcəkdir. Bu texnologiyanın müsbət cəhətləri sırasında yüksək dəqiqlik, operativliyi təmin edə bilir. Süni intellekt çox qısa zamanda böyük həcmdə məlumatı təhlil edə bildiyindən qərarvermə prosesi daha səmərəli olur. Digər tərəfdən, mənfi tərəfləri də mövcuddur. Texnologiyaya həddən artıq etibar insan amilinin arxa plana keçməsinə və bu səbəbdən kritik hallarda çevik müdaxilə imkanının azalmasına gətirib çıxara bilər. Əlavə olaraq texniki nasazlıqlar da qərarların obyektivliyinə təsir göstərə bilər. Düşünürəm ki, insanın iştirakı tələb olunan instinkt və təcrübəyə əsaslanan, sosial və etik dəyərlərlə bağlı sahələrdə SI yalnız dəstəkçi alət rolunu oynaya bilər. Bu baxımdan, süni intellektin tam əvəzləyici yox, tamamlayıcı funksiyada tətbiqi daha real və dayanıqlı yanaşmadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq