İtaliyalı zabit Azərbaycan HDQ tərəfindən təltif olunub
Yusif Nəzərli
06:40 23.05.2025
Hərbi
520
İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.
İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Rikardo Romanoya Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki” hədiyyə edilib.
Hədiyyə italiyalı zabitə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi tərəfindən təqdim olunub.
Qeyd edilib ki, Niyyət Protokolunun müddəalarına uyğun olaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya HDQ komandanlığı adından “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm