Almaniyada şübhəli dron uçuşları qeydə alınıb - KİV
14:43 01.10.2025
Dünya
374
Almaniyanın Şlesviq-Holşteyn əyalətinin Kiel şəhəri və digər bölgələri üzərində keçən həftə müşahidə olunan pilotsuz üçan apartlar kritik infrastruktur obyektlərini izləyə bilərdi.
APA xəbər verir ki, bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin istinad etdiyi hesabat bir neçə NATO ölkəsinin hava məkanında Rusiya PUA-ları və təyyarələrinin fəaliyyətinin artması və naməlum hava vasitələrinin görünməsi fonunda yayılıb.
”Spiegel”in məlumatına görə, dronlar elektrik stansiyaları, universitet xəstəxanası, hərbi obyektlər və Şlesviq-Holşteyn əyalət hökumətinin rəsmi iqamətgahı üzərində uçub.
Məlumata görə, daha iki kiçik dron ThyssenKrupp gəmiqayırma zavodu üzərində uçarkən müşahidə olunub.
Daha sonra onlar universitet xəstəxanası, sahil yaxınlığındakı elektrik stansiyası və Kiyl kanalı üzərində görünüb.
Bundan əlavə, böyük bir dron bir neçə kiçik dronun müşayəti ilə Kiel Fyord üzərində müşahidə olunub. Bu qrup əyalət parlament binası üzərində uçub və sonra onların Hamburq hava limanını yanacaqla təmin edən əsas obyektlərdən biri olan Heide neft emalı zavodunu üzərindən uçduğu bildirilir.
Şlesviq-Holşteynin daxili işlər naziri Sabine Sütterlin-Vaack mümkün casusluq əməliyyatının araşdırıldığını təsdiqləyib, lakin əlavə təfərrüatlar verməyib.
Şübhəli dron fəaliyyəti Almaniyanın Sanitz şəhərində yerləşən Silahlı Qüvvələrin bazası və Rostock şəhərindəki Hərbi Dəniz Qüvvələrinin komandanlığının qərargahı üzərində də qeydə alınıb.
Alman polisi sentyabrın 29-da Rostock dəniz limanı yaxınlığında da dronlar aşkar edib. Hakimiyyət orqanlarının məlumatına görə, bunlar 2,5 kiloqramdan ağır olan böyük kvadrokopterlər olub və "koordinasiyalı və sinxron" şəkildə uçublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm