
Alman və ABŞ kəşfiyyatına məlumdur: Türkiyə Pakistandan nüvə silahı texnologiyasını əldə edib
Yusif Nəzərli
03:07 08.10.2025
Dünya
584
Turab Rzayev: “Ankaranın nüvə proqramı həm enerji, həm də hərbi manevr məqsədilədir”
""Akkuyu"dan başqa AES layihələrimiz də var. Bunlarla bağlı danışıqlar davam edir. Çin və ABŞ-yə səfərlərimiz zamanı bu məsələni də müzakirə etdik".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, ABŞ ilə imzalanan saziş dinc nüvə enerjisi sahəsində əməkdaşlığa əsaslanır: "Nüvə enerjisindən təkcə elektrik enerjisi istehsalı üçün deyil, eyni zamanda tibb, kənd təsərrüfatı, tədqiqat kimi müxtəlif sahələrdə istifadə edəcəyik. Biz hökumət olaraq heç bir sahəni diqqətdən kənarda qoymadan yaxın 20-30 il ərzində enerji təhlükəsizliyimizi gücləndirməyə çalışırıq". Qeyd edək ki, “Akkuyu” AES Rusiyanın “Rosatom” şirkəti tərəfindən inşa edilir.
Politoloq Turab Rzayev deyib ki, Türkiyə Pakistandan nüvə silahı texnologiyasını əldə edib və bunlar alman və ABŞ kəşfiyyatına məlumdur. Ekspertə görə, İncirlik bazasında saxlanılan 200-ə qədər nüvə başlığı ikili kilidlə saxlanılır:

"Təhlükə anında Türkiyə onları ələ keçirə bilər. İranın, Səudiyyə Ərəbistanının, Misirin, hətta BƏƏ-nin nüvə proqramı olduğu halda, Türkiyənin belə proqramı olmadığını düşünmək ağıllı əlamət olmazdı. İkiqütblü dünyada yerini qoruya bilməyən Rusiya, təkqütblü Amerika hegoniyasındansa, çoxqütblü dünyanı üstün tutur. Ona görə də nüvə proqramını (istər sivil, istər hərbi) sağa-sola dağıdır. Arada həm də yeni biznesdən yaxşıca qazanır. Bildiyiniz kimi Türkiyənin ilk nüvə elektrik stansiyası Mersində Rusiya ilə əməkdaşlıq çərçivəsində tikilir. Planlandığı kimi alınsa, ilk blok bu il, digər üçü də 2028-ci ildə fəaliyyətə keçəcək. Tam potensialı ilə işləsə, stansiya Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq. Bu çox möhtəşəm göstəricidir. Eyni zamanda Sinop və Kırklarelində də nüvə elektrik stansiyaları qurulmasına dair işlərin başlandığı bildirilir. Bəs necə olur ki, nüvə elektrik stansiyalarını Rusiya ilə tikən Türkiyə, ABŞ ilə mülki nüvə əməkdaşlıq müqaviləsi imzalayır. Bu anlaşma nəyi hədəfləyir?!".
Analitik hesab edir ki, bu sənəd ancaq memorandum səviyyəsindədir, yəni hələ məcburi öhdəlik daşımır:
"Detallar bəlli olmasa da, ümumilikdə yeni nüvə elektrik stansiyaları layihələrində ABŞ texnologiyasının istifadəsi, SMR inteqrasiyası, nüvə yanacağı tədarükü və saxlanma və personal mübadiləsini əhatə edir. Son günlərdə Prezident Ərdoğanın İranın uranın zənginləşdirilməsi prosesində yer alan bir çox şəxsin əmlakının dondurulması ilə bağlı Sərəncamı hadisələrin inkişaf istiqamətlərini daha aydın ortaya çıxarır. ABŞ Türkiyənin nüvə fəaliyyətini uzunmüddətli dövrdə idarə etmək və yaxud öz varlığını hiss etdirmək üçün bu mövzunu müzakirəyə çıxardı. Atom elektrik stansiyasında elektrik istehsal etmək üçün uranın 3-5 faiz səviyyədə zənginləşdirilməsi kifayət edir. Nüvə silahı əldə etmək üçün isə 90 faiz zənginləşdirilmə tələb olunur. Dünyada uranın 20 faizinin üzərində zənginləşdirilməsi artıq mülki istifadədən kənara çıxmaq kimi qəbul edilir. Uranın 60 faizə qədər zənginləşdirilməsi daha çətindir və uzun müddət tələb edir. 60 faizdən 90 faizə çıxmaq isə daha qısa müddətdə baş verə bilər. Türkiyədə hələ 3-5 faiz zənginləşdirilmiş uranla çalışacaq elektrik stansiyası hazır deyil. ABŞ Rusiya-Türkiyə əməkdaşlığının bu sahədə inkişaf etməsinə nəzarət edib, qarşısını almaq istəyir. Yəni Türkiyə illər sonra Rusiyanın iştirakı ilə nüvə silahı sahibi olduğunu elan etmək istəyəcəksə, bunun indidən yolunu kəsmək istəyir. Tramp bu prosesdə Türkiyə dəstəkçisi kimi görünsə də, məqsəd bəllidir. Yəni Türkiyə ABŞ üçün tam olaraq dost deyil, amma düşmən olmağı çox daha təhlükəlidir. Hələ üstəlik, nüvə silahına da sahib olarsa..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya