BP: “Qarabağ” yatağının işlənilməsi prioritetli layihədir
12:49 08.10.2025
İqtisadiyyat
593
“Qarabağ” neft yatağının işlənməsi layihəsi hazırda Konseptin Hazırlanması üzrə Tədqiqatın (Concept Development Study) işlənilməsi mərhələsindədir.
"APA-Economics" xəbər verir ki bu barədə “BP” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin layihə çərçivəsində işlərin sürətləndirilib-sürətləndirilməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hazırda yatağın öyrənilməsi, onun geocoğrafiyasının araşdırılması aparılır, yatağın hansı formada işlənəcəyi (hansı avadanlıqlar və qurğular vasitəsilə - red.) müəyyənləşdirilir. Konsept hazırlandıqdan sonra layihə çərçivəsində digər zəruri işlərin icrasına başlanacaq.
“Biz özümüz də bunun ən qısa zamanda həll olunmasında maraqlıyıq”, – deyə Bəxtiyar Aslanbəyli qeyd edib.
Bəxtiyar Aslanbəyli əlavə edib ki, “Qarabağ” yatağının ehtiyatları “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz blokuna nisbətən xeyli az olsa da, bu layihə də BP üçün prioritetli hesab olunur.
Xatırladaq ki, bu ilin iyunun 3-də BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırdığını elan edib. Sövdələşməni rəsmiləşdirən sazişlər bu gün bp və SOCAR arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.
İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanmışdır.
BP iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. Hər iki sazişdə qalan 65%-lik iştirak payını SOCAR özündə saxlayacaq. BP hər iki müqavilə üzrə operator olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya