ABŞ-ın təyyarədaşıyan gəmisi Karib dənizinə daxil oldu

ABŞ-ın təyyarədaşıyan gəmisi "Gerald R. Ford" Karib dənizinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Komandir Elvin Holsi bildirib ki, "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin zərbə qrupunun yerləşdirilməsi Qərb yarımkürəsinin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.