ABŞ İrana qarşı zərbələrin bərpasını istisna etməyib

Vaşinqtonun İranla bağlı səbiri sonsuz deyil.

APA xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent bildirib.

O qeyd edib ki, Prezident Donald Tramp prioritet olaraq diplomatik razılaşmaya üstünlük verir. Bununla yanaşı, danışıqlar nəticəsiz qalarsa, ABŞ yenidən hərbi zərbələrə qayıda bilər.

Bessent vurğulayıb ki, indiyədək atılan addımlar müdafiə xarakterli olub.