ABŞ mübarizəni davam etdirəcək
Yusif Nəzərli
12:28 26.10.2022
Dünya
485
İki əsas hədəf var, Rusiya və Çin
"Ağ Evin yeni milli təhlükəsizlik strategiyası ABŞ-ın iki əsas hədəfini göstərib: Rusiya və Çin". Bunu politoloq Elxan Şahinoğlu deyib. Analitik deyib ki, 48 səhifəlik sənəd Amerika Administrasiyası üçün “yol xəritəsi” mahiyyəti daşıyır: "Bu sənəddə Rusiya imperiya ambisiyaları olan ölkə kimi, Çin sürətlə imkanlarını artıran dövlət kimi dəyərləndirilib. Sənədin mahiyyəti belədir ki, Amerika Birləşmiş Ştatları qlobal maraqları olan dünya dövləti kimi qiymətləndirilib:
“Əgər hansısa bölgə xaosa sürüklənərsə və düşmən güclərin nəzarətinə keçərsə, bu, ABŞ-ın maraqlarına mənfi təsir edəcək”. “Düşmən güclər” dedikdə Rusiya və Çin nəzərdə tutulub. Rusiya və Çin demokratikləşə bilmədiklərinə və qonşu dövlətlərə təhlükə yaratdıqlarına görə ABŞ bu iki dövlətlə mübarizəsini davam etdirəcək. Maraqlıdır ki, sənəddə Rusiya 71 dəfə, Çin isə 55 dəfə xatırlanır. Sənəddə bir çox hallarda bu iki dövlətin ismi birgə yazılıb. Sənəddə Rusiyanın azad dünyaya ciddi təhdid yaratdığı, Çinin isə uzaq perspektivə problemlər yaradacağı vurğulanıb: “Çin iqtisadi, hərbi və texnoloji gücü hesabına dünya düzənini dəyişə biləcəyindən əsas rəqibdir”. Sənəddə Rusiyanın dayandırılması, Çinlə isə rəqabətdə məğlub edilməsinin vacibliyi göstərilib".
Ekspertə görə, ABŞ Rusiya və Çinlə mübarizədə Avropa İttifaqı ilə NATO-nu da yanında görmək istəyir, ancaq bu, hər zaman alınmır:
"Avropa ölkələrindən Çinin yatırımlarına ehtiyac olan dövlətlər var. NATO üzvləri Türkiyə və Macarıstan isə Rusiya ilə əməkdaşlıqdan imtina etmirlər.
Milli təhlükəsizlik strategiyasında ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyi bildirilib: “Ukrayna iqtisadiyyatının bərpasına və Avropa İttifaqı ilə inteqrasiyasına dəstək verəcəyik”. Aydındır ki, yeni strategiyaya görə, ABŞ Rusiyanın Ukraynada məğlub olmasına çalışacaq.
Beləliklə, Vaşinqton Rusiya və Çinin müxtəlif bölgələrdə maraqları ilə mübarizəsini davam etdirəcək. Vaşinqtonun Cənubi Qafqazda da fəallığı artıb. Vaşinqton Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmağa çalışır. ABŞ bu məqsədlə Cənubi Qafqazın 3 dövlət – Gürcüstan, Azərbaycan və Ermənistanla əlaqələrini genişləndirməyə çalışır.
Bu 3 dövlətdən Ermənistan daha çox Rusiyadan asılıdır. Vaşinqton bu vəziyyəti dəyişmək üçün Ermənistan hökuməti ilə dialoqu genişləndirib. Vaşinqtonun məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm