ABŞ Rusiya-Türkiyə yaxınlaşmasından narahatdır - ŞƏRH
Turan
09:10 18.02.2020
Dünya
729
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Ağ Evin məlumatına görə, telefon danışığı zamanı Trampın Ərdoğana İdlibdəki humanitar fəlakətin qarşısını almaq səylərinə görə təşəkkür etdiyi bildirilib. Həmçinin, Tramp Vaşinqtonun Rusiyanın Əsəd rejiminə dəstəyinə son qoymaq istədiyini bildirib.
ABŞ lideri Moskvanın konfliktin siyasi həllinə səy göstərməli olduğunu söyləyib. Bu arada Amerika ordusuna məxsus 55 hərbi yük maşını İraqdan Suriyanın Hasekə əyaləti ərazisinə daxil olub. Məlumata görə, yük maşınlarında tank, hərbi texnika, mühəndis qurğuları və xeyli silah-sursat olub.
Amerikanın Suriya məsələsində yenidən fəallaşmasını “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Əsəd rejiminin Türkiyə silahlı qüvvələrinə hücum etməsindən sonra regionda baş verən proseslər fərqli istiqamətdə inkişaf etməyə başlayıb.
Ekspert vurğulayıb ki, Türkiyə-ABŞ yaxınlaşmasını qarşılıqlı maraqlar kontekstində təbii qarşılamaq lazımdır:
“Türkiyə ordusuna edilən hücumda Əsəd rejimi ilə yanaşı Rusiya və İranın himayə etdiyi qüvvələrin də ciddi rolu var. O baxımdan regionda marağı olan ABŞ-ın öz müttəfiqi - Türkiyəyə dəstək çıxması normaldır. Vaşinqton Suriyada Türkiyə və Rusiya yaxınlaşmasından ciddi narahatlıq duyur. Hətta zaman-zaman hərbi təxribatlar törətməklə Moskva-Ankara münasibətlərini pozmağa yönəlik addımları da müşahidə edirik. Əlbəttə, bunun arxasında ABŞ-ın geosiyasi maraqları durur. Nəzərə alaq ki, Amerika Suriya prosesində siyasi çözümə nail olmaq üçün yaradılmış Astana prosesindən kənarda saxlanmışdı. Ona görə də Amerika yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. Həm də Türkiyə NATO üzrə ABŞ-ın hərbi müttəfiqidir. Hərbi alyansın 5-ci maddəsinə uyğun olaraq Türkiyə ordusuna hücum digər NATO ölkələrinə təcavüz kimi qiymətləndirilir. Yəni Vaşinqtonun Ankara ilə əlaqə qurması bir az da məcburiyyətdən irəli gəlir”.
Analitikin sözlərinə görə, ABŞ istənilən halda Suriyadakı proseslərə siyasi oyunçu kimi yenidən müdaxilə etmək niyyətindədir:
“Lakin silah dolu yük maşınlarının Suriyaya göndərilməsi İdlib məsələsi ilə bağlı deyil. ABŞ İdlib mübarizəsində hərbi cəhətdən Türkiyəyə dəstək verməyəcək. Bu yöndə rəsmi Vaşinqtonun açıqlaması yoxdur. Amerikanın hərbi texnikanı İraqdan Suriyaya daşıması daha çox PKK-nın siyasi qolu olan PYD və YPG terrorçuları ilə bağlıdır. ABŞ-ın sözügedən terrorçu qüvvələrə silah-sursat yardımı etdiyi hamıya məlumdur. Məqsəd isə Amerikanın nəzarət etdiyi enerji yataqlarını məhz terrorçu ünsürlərin yardımı ilə müdafiə etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili Kabo-Verde millisinə azarkeşlik edir
14:21 26.06.2026
Gündəm
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
14:17 26.06.2026
Futbol
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
13:43 26.06.2026
Gündəm
Obamadan Trampa: Onun zehnində mənə məxsus bir otaq var
13:27 26.06.2026
Gündəm
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
13:11 26.06.2026
Ekologiya
Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH
12:38 26.06.2026
Gündəm
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
12:19 26.06.2026
Sağlamlıq
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
12:05 26.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
12:01 26.06.2026
Hadisə
Polis paytaxt və bölgələrdə qanunsuz saxlanılan silahlar aşkarladı
11:49 26.06.2026
Hadisə
KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?
11:01 26.06.2026
Region
Sumqayıt bulvarında hərbi qulluqçuların yürüşü keçirilib
10:54 26.06.2026
Hərbi
Venesuelada ölənlərin sayı 235-ə çatdı
10:51 26.06.2026
Dünya
İtkin düşən altı nəfər tapıldı
10:39 26.06.2026
Hadisə