
Bakıya TƏCİLİ ZƏNG! - “ABŞ “rıçaqları” ələ almaq niyyətindədir”
Yusif Nəzərli
12:20 13.09.2022
Dünya
816
“Digər tərəfdən ABŞ-ın məqsədi Rusiyanın təsir dairəsini zəiflətməkdir”
“Düşünürəm ki, telefon danışıqlarında Azərbaycan da, Ermənistan da Rusiyadan tamamilə uzaqlaşmağa təhrik edilir”
“ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində “rıçaqları” ələ almaq niyyətindədir, lakin ortada Rusiya amili var. Moskva aktivindəki “qıfıl açarlarını” Vaşinqtona təhvil verməz”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələsi üzrə köməkçisi Karen Donfridin Ceyhun Bayramovla telefon danışığına münasibət bildirərkən deyib.
Analitik qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki hərbi toqquşma diplomatik telefon trafiklərini artırdı:

“Hesab edirəm ki, ABŞ-dan gələn zənglərin məqsədi Azərbaycanı perspektiv hərbi əməliyyatlardan çəkindirməkdir. Amerika da, Rusiya da, Avropa İttifaqı da Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasında maraqlıdır. Lakin problem müqavilə mətnində hansının maraqlarının daha çox təmin olunması məsələsində yaranır.
ABŞ Dövlət Departamentinin bəyanatları ilə Rusiyanın bəyanatları arasında üslub fərqli gözə çarpır. Görünür ki, Vaşinqton hələ də istəklərinə nail olmayıb və Azərbaycanı ittiham edən cümlələrin işlədilməsindən çəkinmir.
Rusiya isə istəklərinə doğru addımlayır. Lakin əsas sual budur ki, Moskva Azərbaycandan nələri qarşılıq olaraq istəyəcək.
Digər tərəfdən ABŞ-ın məqsədi Rusiyanın təsir dairəsini zəiflətməkdir. Düşünürəm ki, telefon danışıqlarında Azərbaycan da, Ermənistan da Rusiyadan tamamilə uzaqlaşmağa təhrik edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual