Bölgədə yeni hərbi-siyasi güc formalaşır
Yusif Nəzərli
08:34 06.10.2022
Dünya
669
Türkiyə, İsrail və Azərbaycanın yaxınlaşması düşmənə gözdağıdır
Dünyanın ən güclü ordularından ikisinin rəhbərləri bir gün ara ilə Bakıya gəldilər. Oktyabrın 3-də İsrail Müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər etdi. Oktyabrın 4-də isə Türkiyə Milli müdafiə naziri Hulusi Akar böyük bir heyətlə Bakıya təşrif buyurdu. Ardından Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi başladı. Ekspertlərə görə, Azərbaycan qarşısında duran problemləri həll etmək üçün tərəfdaşlarının sayını artırmaqla məşğuldur. Rəsmi Bakı xarici siyasətini istər müdafiə, istər siyasi, istərsə də digər sahələrdə əlaqələrini gücləndirmək üçün həyata keçirir.
İsrail Azərbaycanın çox etibarlı, uzunmüddətli partnyorudur. Bu ölkənin müdafiə nazirinin ölkəmizə səfəri onu göstərir ki, Azərbaycan bundan əvvəl olduğu kimi, hərbi əməkdaşlığı davam etdirmək niyyətindədir. Səfər zamanı siyasi sahədə də əməkdaşlığın davam etdirilməsi müzakirə olunub. Çünki İsrail və müxtəlif ölkələrdə yaşayan yəhudi lobbisi Azərbaycanın ən etibarlı dostlarından biridir. Türkiyə müdafiə nazirinin səfəri də hərbi sahəyə təkan verən mühüm təşəbbüsdür. Qardaş Türkiyə ilə hərbi müttəfiqik. İki ölkənin müxtəlif qurumlarının rəhbərləri öz aralarında mütəmadi görüşlər keçirir və praktiki məsələləri həll edirlər. Görünən odur ki, Azərbaycan-Türkiyə-İsrail üçbucağında hərbi əməkdaşlığın əsası qoyulur. Ekspertlərə görə, İsrailin kəşfiyyat imkanları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrində təhdidləri müəyyən edəcək mənbə rolunda çıxış edəcək. Türkiyə isə PKK-nın Cənubi Qafqazdakı aşkar və ya hibrid fəaliyyətlərinə son qoymaq üçün İsrailin imkanlarından yararlana bilər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə bildirib ki, Türkiyə və İsrail Azərbaycanın strateji müttəfiqləridir. Türkiyə ilə münasibətlər bəllidir. Həmçinin, ermənilərin ən böyük problemlərindən biri yəhudilərlə bağlıdır. Çünki yəhudi lobbisi və dövləti Azərbaycanın yanında yer alır:
"Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün hətta İranın təzyiqlərinə məhəl qoymadı və orada səfirlik açdı. Ancaq bu addım da İsrailin Azərbaycana münasibətində elə bir dəyişiklik yaratmadı. 44 günlük savaş zamanı isə İsrail həmişə olduğundan daha çox Azərbaycana arxa durdu. O da məlumdur ki, əksər Avropa ölkələrində, xüsusən Böyük Britaniyada da yəhudilər ciddi təsir imkanlarına malikdir. Yəni kürəsəl səviyyədə böyük bir güc mərkəzi ilə Türkiyənin və Azərbaycanın xoş münasibətdə olması gərəkdir".
S.Əsədli vurğulayıb ki, son illərdə Türkiyə-İsrail münasibətləri mütəmadi şəkildə gərginləşib. Amma bu gərginlik sürətlə arxa plana keçməkdədir:
"Bu ölkələr arasında müsbət dinamikada inkişaf müşahidə edilir və bu, hər iki dövlətin rəhbərliyi səviyyəsində etiraf olunur. O da sirr deyil ki, İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan rəhbərliyi müstəsna rol oynayır. Azərbaycan İsrail və Türkiyənin yaxın dostudur. Ona görə də Bakı bu məsələnin müsbət həllində mühüm rol oynadı, İsraillə Türkiyə arasında daha sıx münasibətlərin bərpası üçün çox səy göstərdi. Hər iki dost ölkənin müdafiə nazirlərinin Bakıda görüşməsi təsadüfi deyil. Bu görüş bölgədə yeni hərbi-siyasi gücün formalaşması deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm