Böyük Britaniya koronavirusla mübarizə üçün hərbi qüvvələrdən istifadə edəcək
17:25 03.03.2020
Dünya
572
Böyük Britaniya koronavirusla mübarizədə hərbi qüvvələrindən istifadə edəcək.
“Daily Mail”in xəbərinə görə, dövlət bu addımı virusa yoluxma sayının artacağı təqdirdə atacaq.
Bildirilir ki, martın 2-də Böyük Britaniyanın Baş naziri Boris Consonun sədrliyi ilə keçirilən təcili iclasda 28 səhifəlik sənəd razılaşdırılıb.
Sənəddə koronavirusa təsir edəcək peyvəndin hazırlanmadığı və əhalinin ona qarşı immunitetinin olmadığı vurğulanaraq ölkə daxilində virusun geniş yayılma ehtimalının yüksək olduğu qeyd olunub.
Hökumətin təqdim etdiyi plan İngiltərədə virusa yoluxan insanların sayının sürətlə artması zamanı məktəblərin bağlanması və bir sıra ictimai tədbirlərin ləğv olunmasını təklif edir. Eyni zamanda, çox sayda insan evdən işləyəcək.
Bundan əlavə, əsas polis qüvvələrinin xırda cinayətlərə cavabdeh olmaqdan azad edilməsi və ictimai asayişi təmin etmək üçün cəlb edilməsi planlaşdırılır. Bu işdə Britaniya hərbçiləri də iştirak edə bilər - Müdafiə Nazirliyi lazım gələrsə, səlahiyyətliləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Vəziyyət pisləşərsə, Britaniya tibb müəssisələri xüsusi rejimə keçirilə bilər. Beləliklə, koronavirus aşkarlanmayan xəstələr daha əvvəl xəstəxanalardan buraxılaraq evdə müalicəyə göndəriləcək və təcili olmayan əməliyyatlar təxirə salınacaq. Səlahiyyətlilər xəstə axınının öhdəsindən gəlmək üçün xəstəxanalara təqaüdə çıxan işçiləri və Tibb Universitetlərinin məzunlarını cəlb etməli olduqlarını da etiraf edirlər.
Son məlumatlara görə, İngiltərədə koronavirusa 40 yoluxma halı qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya