Britaniyadan Rusiyaya yeni sanksiyalar: Siyahıda Qod Nisanovla Zarah İliyev də var
Yusif Nəzərli
17:34 26.09.2022
Dünya
590
Böyük Britaniya Ukraynadakı “referendumlar”da iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edib.
APA-nın Britaniya bürosunun Britaniya XİN-ə istinadən verdiyi xəbərinə görə, sanksiyalar Ukraynanın dörd vilayətində qeyri-qanuni referendumun həyata keçirilməsində rol oynayan yüksək səviyyəli rusiyalı məmurları, həmçinin Putinin sevimli PR agentliyini hədəfə alıb.
Xarici işlər naziri Ceyms Kleverli bu gün Rusiyanın Ukraynanın dörd bölgəsində saxta referendumlar tətbiq etməsinə cavab olaraq 92 sanksiya elan etdiyini açıqlayıb. O, bu “referendum”un beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini açıq şəkildə pozduğunu bildirib.
Sanksiya tətbiq olunan şəxslər arasında Xersonda qurulan hökumətinin başçısı, Rusiya Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Sergey Yeliseyev, qondarma “Luqansk Xalq Respublikası”nın təhsil və elm naziri İvan Kusov, Zaporojyedə qondarma hökumətin başçısı təyin olunan Yevgeni Balitski, qondarma “Donetsk Xalq Respublikası” sədrinin müavini Evgeni Solntsevin də adları var.
Bundan əlavə, bu gün ümumi qlobal sərvətləri 6,3 milyard funt sterlinq dəyərində olduğu təxmin edilən daha dörd oliqarx da Rusiya hökumətini dəstəklədiyinə və ya ondan faydalandığına, strateji əhəmiyyət kəsb edən sektorlarda fəaliyyət göstərdiyinə görə sanksiyaya məruz qalıb.
“Rusiya daşınmaz əmlakının kralları” kimi tanınan Qod Nisanov və Zarah İliyev sanksiyalara məruz qalan şəxslər arasındadır. Onların ümumilikdə 2 milyard funt sterlinqlik dəyərində sərvətə sahibdirlər. Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti və təsisçisi İsgəndər Mahmudov, ARETI Beynəlxalq Qrupunun prezidenti və sahibi İqor Makarov da sanksiyaya məruz qalıb.
Bugünkü sanksiyalar paketində həmçinin Rusiya dövlətinə bağlı təşkilatların idarə heyətinin 55 üzvü də adı var. Putinin sevimli PR agentliyi kimi tanınan IMA Consulting də sanksiyaya məruz qalıb. “IMA” şirkətinin bu “referendum”ların ictimai kampaniyalarını idarə edən, müvəqqəti olaraq nəzarət edilən dörd ərazidə onların həyata keçirilməsini dəstəkləyən şirkət olduğu bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm