Çində çökən otelin dağıntıları altından 10 nəfərin meyiti çıxarılıb
13:28 08.03.2020
Dünya
464
Çinin Fucien vilayətində çökən otel binasının dağıntıları altından 10 nəfərin meyiti çıxarılıb.
AZƏRTAC vilayət hökumətinə istinadla xəbər verir ki, martın 7-də yerli vaxtla saat 19:30-da Çuancou şəhərində otel binasının çökməsi nəticəsində təxminən 70 nəfərin dağıntı altında qaldığı güman olunurdu. Bina çökdükdən sonra hadisə yerinə gələn mülki müdafiə qüvvələri 38 nəfəri xilas ediblər. Qəzadan sonra aparılan axtarış işləri nəticəsində indiyədək 10 nəfərin meyiti tapılıb.
Koronavirusa yoluxanlarla yaxın təmasda olan şəxslərin müvəqqəti saxlanıldığı 6 mərtəbəli “Sincia” oteli 2018-ci ildə istifadəyə verilib və 80 otaqdan ibarət olub.
Hazırda dağıntı altında qalanların axtarışları davam etdirilir. Oteldə yerləşdirilənlərdən 9 nəfərin qəzadan sonra aradan çıxdıqları güman olunur. Otelin sahibi polis tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm