
Dövran dəyişib: Ermənistanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləmələk anlamsızdır -ŞƏRH
Yusif Sultanoğlu
09:57 13.04.2024
Dünya
556
İrəvanda Ermənistanla Gürcüstan arasında strateji tərəfdaşlığa dair konfrans keçirilib. Konfransda hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya çıxışında ölkəsinin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu yersiz ifadədir. Gürcü diplomat eyni zamanda ölkəsinin Ermənistanla Azərbaycan arasında danışıqların müsbət dinamikasına ümid etdiyini və Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərarı naminə səylərini artıra biləcəyini bildirib. Konfransda Ermənistanın Gürcüstanla sərhədinin üçdə ikisinin müəyyənləşdirildiyi vurğulanıb. Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan sərhədin delimitasiyasının başa çatdırmanın vacibliyini bildirib. Erməni diplomatın bir başqa açıqlaması da diqqəti çəkib. Erməni diplomat iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı iqtisadi əlaqələrin aşağı səviyyədə olduğunu söyləyib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, dövran dəyişib, torpaqlarımız işğal altında olanda dost dövlətlərin təmsilçiləri “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyirdilər.
Analitikə görə, indi tərsini söyləyənlər var və “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik” ifadəsi işlədilir:

"Haradan hara gəldik. Əlbəttə, ərazi bütövlüyümüzü dəstəklədiklərini söyləməyə ehtiyac yoxdur, məsələni həll etmişik. Ancaq Ermənistanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləmələri də anlamsızdır. Çünki bu ifadə Azərbaycana qarşı yönəlib. İrəvan bu konfrans vasitəsilə Ermənistanla Gürcüstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək istəyib. Məlum olub ki, bu ilin yanvar ayında iki ölkə arasında strateji tərəfdaşlığın imzalanmasına baxmayaraq, iqtisadi əlaqələrin vəziyyəti qənaətbəxş deyil. Bu mənada Ermənistan Azərbaycanla ayaqlaşa bilməyəcək. Azərbaycan 30 il ərzində Gürcüstana yatırımlar qoyub, boru xətlərini bu ölkədən keçirib. Hazırda alternativ enerji xətti də tikilməkdədir. Ermənistan müstəqilliyini qazandıqdan bu yana Gürcüstanla əməkdaşlığı inkişaf etdirə bilməyib. Çünki bütün gücünü Azərbaycan torpaqlarının işğalına yönəltdiyindən regional layihələrdən kənarda qalıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm